Türkiyə millisinin və "Qalatasaray"ın sabiq kapitanı Ergün Pembe ölkəsinin II Divizion komandasını çalışdıracaq.
"Report" xəbər verir ki, 52 yaşlı mütəxəssis aşağı dəstədə mübarizə aparan "Mersin İdman Yurdu" kollektivinin baş məşqçisi təyin olunub.
Onunla cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, E.Pembe futbolçu karyerası ərzində 1994-2007-ci illərdə "Qalatasaray"ın şərəfini qoruyub. 1994-2006 aralığında isə Türkiyə yığmasının formasını geyinib.