RU

İran İsrailə hücumu qanuni adlandırdı


“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri – red.) İsrailə raket hücumu yəhudi dövlətinin Tehranın maraqlarına zidd hərəkətlərinə qanuni cavab oldu”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İslam Respublikasının dünya təşkilatı yanında daimi nümayəndəliyi sosial şəbəkə hesabında məlumat yayıb.
“Sionist rejimin (İsrail – red.) İran vətəndaşlarına və mənafelərinə qarşı yönəlmiş və İran İslam Respublikasının milli suverenliyinə qəsd edən terror aktlarına İranın qanuni, rasional və qanuni cavabı layiqincə yerinə yetirildi. Əgər sionist rejim cavab verməyə cəsarət etsə və ya yeni bədxah əməllər törətsə, bunun ardınca sarsıdıcı cavab gələcək”, - məlumatda deyilir.
Избранный
38
2
yeniavaz.com

3Источники