RU

"Atletiko"nun futbolçusu "Real"la matçda kəllə-beyin travması alıb

İspaniyanın "Atletiko" (Madrid) klubunun mərkəz müdafiəçisi Robin Le Normand La Liqanın VIII turunda "Real"la (Madrid) oyunda kəllə-beyin travması alıb.

"Far.Az" xarici KİV-ə istinadən xəbər verir ki, o, "Kral klubu"nun yarımmüdafiəçisi Orelen Çuameni ilə toqquşmadan sonra zədələnib.

Futbolçunun sağalma müddəti açıqlanmayıb.

Qeyd edək ki, Robin Le Normand bu mövsüm "Atletiko"da 8 oyun keçirib.

Избранный
11
2
far.az

3Источники