RU

Bayıl sökülür, yoxsa...

Ərazidə 1 otaqlı evlərin qiyməti 65-68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir

Bakının mərkəzinə yaxın məsafədə yerləşən evlər ucuz qiymətə kütləvi satılır. Söhbət paytaxtın Səbayel rayonunun Bayıl qəsəbəsində yerləşən köhnə tikililərdən və fərdi evlərdən gedir. Ərazidə 1 otaqlı evlərin qiyməti 65 - 68, ikiotaqlılar 75-100 min manat arasında dəyişir...

Sahəsi 120 kvadratmetrdən başlayan mənzillərdə ucuzlaşma var. Elan saytlarında Bayıl və “20-ci sahə” adlanan ərazilərdə münasib qiymətə satışa çıxarılan həyət evləri kifayət qədər çoxdur. Məsələn, elanların birində sahəsi 140 kvadratmetr olan dördotaqlı həyət evinin satış qiyməti 85 min manatdır. Digər bir elanda isə 3 sot ərazidə tikilmiş 3 otaqlı, 85 kvadratmetrlik evin dəyəri 70 min manat təşkil edir.

Ekspertlər bildirib ki, evlərin satış sayının çoxalması əmlakların statusu ilə bağlıdır. Satışa çıxarılan evlərin əksər hissəsində çıxarış ümumiyyətlə yoxdur, bəzilərində isə sadəcə əvəzedici sənədlər mövcuddur. Həmçinin qeyd edilir ki, Bayıl və “20-ci sahə” massivi Bakının baş planına əsasən söküntüyə cəlb olunacaq.ə

Ramil

Ramil Osmanlı 

 Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib ki, bunun müxtəlif səbəbləri ola bilər. Onun sözlərinə görə, həmin ərazilərdə satışın kütləviləşməsini mövsümlə də əlaqələndirmək mümkündür: “Sənədləşmə sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərin öz həllini tapmaması səbəbindən də ola bilər. Bunu dəqiqləşdirmək lazımdır. Bayıl strateji yerdir.  Mənzillərin qiymətinə baxanda oranın Bakının ən bahalı ərazilərindən biri olduğu görünür.  Buna görə də orada gələcəkdə sökülmə ehtimalı olan fərdi yaşayış evlərinin belə səbəb və ciddi zərurət olmadan satışa çıxarılma ehtimalını qəbul etmirəm.  Çünki bu cür yerlərdə adətən vətəndaşlar öz əmlaklarını o zaman satışa çıxarırlar ki, hər hansısa bir iqtisadi zərurət yaransın.  Yəni şəxsin buna maddi ehtiyacı var və s. Yaxud da ev yiyəsi işlə əlaqədar harasa köçməlidir.  Bu cür zərurət olmadığı şəkildə insanlar sürətli şəkildə Bayıldan köçsünlər.

Mən heç bir halda söküntü ərazisində olan və ya yaxın gələcək üçün plana düşən evimi satışa çıxarmaram. Söküntü ərazisində ev satılanda 1 kvadrat metrinə təqribən 1300 manat pul verilir. Tikinti şirkəti orada ev tikəndə isə 1 kvadrat metrinə 2500 manat təyin edilir. Buna görə də düşünmürəm ki, Bayıl və paytaxta yaxın olan ərazilərdə hər hansısa iqtisadi zərurət olmadan evlərini satışa çıxarsınlar.

Daşınmaz əmlakın alqı-satqısı mülkü qanunvericiliklə tənzimlənir. Daşınmaz əmlak o zaman alqı-satqı predmeti olur ki, həmin əmlakın sənədi olsun. Amma indiki halda qeyd edilən evlərin rəsmi sənədi yoxdur. Onlar qeyri-rəsmi şəkildə alqı-satqı predmeti ola bilirlər. Evlərin sənədləşməsi ilə bağlı hesab edirəm ki, hökumətin prioritetləri var.  O prioritetlər sırasında Bakıətrafı və respublika regionlarında yerləşən sənədsiz yaşayış evlərinin sənədləşdirilməsidir. Bu ilin sonuna qədər bu istiqamətdə əhəmiyyətli bir qərar qəbul olunacaq. Artıq elektron informasiya sistemi üzərində aparılan işlər yekunlaşmaq üzrədir. Yəqin ki, bu işlər yekunlaşdıkdan sonra ilin sonuna qeydiyyatla bağlı qərar qəbul ediləcək".

Şahanə RƏHİMLİ,
Musavat.com

 

 

 

Избранный
75
1
musavat.com

2Источники