Polşa hakimiyyəti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi səbəbindən Belarusla sərhəddə qanunsuz miqrantların sayının artacağını gözləyir.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. “Bəli, bunun sərhəddə təzyiqi artırması ehtimalı var, biz buna hazırıq”, - PAP agentliyi nazirin sözlərindən sitat gətirib. O, jurnalistlərdən birinin Yaxın Şərqdə baş verənlərlə bağlı Polşanı miqrasiya dalğası ilə təhdid edib-etmədiyi sualına belə cavab verib. Siyasətçi əlavə edib ki, onun rəhbərlk etdiyi idarə vəziyyətin inkişafını diqqətlə izləyir.