RU

İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib

İran İsrailin Hərbi Hava Qüvvələrinin iki bazasına və bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın qərargahına hücum edib...

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri bildirib.

“Bu gecə (dünən-red) biz “Mossad”ın qərargahına, Nevatim və Hatzerim hava bazalarına, həmçinin (raket əleyhinə müdafiə-red) radarlarına və İsrail tanklarına hücum etdik”, - Baqeri bildirib.

Qeyd edək ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. Ağ Evin məlumatına görə, İsraildəki hədəflərə 200-ə yaxın ballistik raket atılıb. Raket zərbələri səbəbindən İsrail, İraq, İordaniya və Livan hava məkanını bağlayıb.

Poliqon.info 

Избранный
41
18
poliqon.info

10Источники