Oktyabrın 1-i Şəmkir rayon sakini, yetkinlik yaşına çatmayan C.V-nin (şərti) ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Reyting.az Şəmkir Rayon Prokurorluğuna istinadla bildirir ki, araşdırmalarla yetkinlik yaşına çatmayan S.B-nin (şərti) rayonun Mahmudlu kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək C.V-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, S.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.