RU

İsrail İranın neft obyektlərini VURACAQ

İsrail bir neçə gün ərzində İrana hücum edəcək.
 

Modern.az-ın xəbərinə görə, bu barədə "Axios" portalı İsrail rəsmilərinə istinadən məlumat yayıb.


Qeyd olunur ki, hücum zamanı İranın daxilindəki neft hasilatı obyektləri hədəfə alınacaq. Mənbə İrana "əhəmiyyətli cavab" veriləcəyini bildirib. Hücumdan əvvəl İsrailin ABŞ rəsmiləri ilə danışıqlar aparacağı vurğualnır.


Məlumatda bildirilir ki, İsrailin İrana cavabı ABŞ Mərkəzi Komandanlığı ilə əlaqələndiriləcək və Təl-Əviv hücum üçün “əməkdaşlıq tələb edəcək”.
 

Xatırladaq ki, İran oktyabrın 1-i axşam saatlarında İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
 

İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib. 

Избранный
24
50
modern.az

10Источники