Olaylar.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçinin bu bəyanatı ölkənin Xarici İşlər Nazirliyinin rəsmi Telegram kanalında dərc olunub.
İranlı diplomatın sözlərinə görə, Tehranın hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğundur. İran hakimiyyəti yalnız hərbi bazaları və İsrailin təhlükəsizlik obyektlərini hədəf seçib.
"İran İslam Respublikası yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları və təhlükəsizlik obyektlərini hədəfə alıb", - deyə Əraqçi qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31