RU

Əli Nağıyev: İtkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə Ermənistanda məlumatlar mövcuddur

Otuz ilə yaxın Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərini işğal altında saxlamış, vətəndaşlarını əsir və girov götürmüş Ermənistan tərəfində, o cümlədən hərbi əməliyyatlara rəhbərlik etmiş erməni səhra komandirlərində itkin düşmüş azərbaycanlıların dəfn yerləri barədə məlumatlar təbii olaraq mövcuddur. Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə bu məsələ qarşı tərəfin diqqətinə çatdırılsa da, rəsmi İrəvan hələ də müvafiq məlumatları Azərbaycana təqdim etmir.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bu günədək Dövlət Komissiyası tərəfindən 642 itkin şəxsə aid meyit qalıqları ekshumasiya edilib. Hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb.

Избранный
51
8
ikisahil.az

9Источники