RU

Hava limanında partlayış BAŞ VERDİ – Bütün reyslər TƏXİRƏ SALINDI – VİDEO

Yaponiyanın hava limanında partlayış baş verib və nəticədə bütün reyslər təxirə salınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Yaponiya mediası məlumat yayıb. Bildirilir ki, Yaponiyanın Miyazaki hava limanında partlayış baş verib və nəticədə bütün reyslər təxirə salınıb.

Partlayış taksi yolunu qismən sıradan çıxarıb.

Qeyd edək ki, polis əvvəllər hava limanı ərazisində partlamamış hərbi sursat aşkar edib, çünki hava limanı keçmiş hərbi hava qüvvələri bazasının yerində yerləşir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
39
interpress.az

1Источники