RU

Gürcüstan prezidenti LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib

Gürcüstan prezidenti Salome Zurabişvili LGBT təbliğatını qadağan edən qanunu imzalamaqdan imtina edib.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezident administrasiyası məlumat yayıb.

“Dövlət başçısı qanunu imzalamayıb və parlamentə geri qaytarıb”, - deyə vurğulanıb.

Gürcüstan qanunvericiliyinə görə, prezident qanunu imzalamaqdan imtina edərsə və veto hüququndan istifadə etməzsə, sənədi parlamentin sədri imzalayır.

Qeyd edək ki, sentyabrın 17-də Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən, cinsiyyətinin dəyişdirilməsini və nikah, övladlığa götürmə və tibbi əməliyyatlarla bağlı məhdudiyyətləri nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanunda qadağanın pozulmasına görə cinayət məsuliyyəti, o cümlədən dörd ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daşqın HəsənovMissiya.Az

Избранный
28
1
missiya.az

10Источники