RU

Doğan Başaran: “Orta Asiyada bir çox layihələri Azərbaycandan nümunə götürərək reallaşdırırlar”

“Bu gün Orta Asiya ölkələrinə getdikdə bir çox layihələrin Azərbaycandan nümunə götürülərək həyata keçirildiyini görürük”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Türk Dünyası Kənd Təsərrüfatı Birliyinin sədri, Davamlı Gələcək Platforması Müşahidə Şurasının üzvü Doğan Başaran KOBSKA və “Sürdürülebilir gelecek platformu”nun “Green Zone”da qurulacaq stendi ilə bağlı keçirilən təqdimat mərasimində çıxışı zamanı səsləndirib. 

“Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatı həm də region üçün vacibdir”, - deyə Doğan Başaran əlavə edib.

Qeyd edək ki, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) fəaliyyət göstərdiyi 3 ildən artıq müddətdə 20-dən çox layihə reallaşdırıb, 76 müxtəlif tədbir təşkil edib. Birliyin əsas məqsədi ölkədə yeni dövr sahibkarlıq mühitinin inkişafına xidmət etməkdir. KOBSKA-nın sədri Nigar Ələsgərovadır.

Bizim.Media

Избранный
20
bizim.media

1Источники