RU

Dünya Bankı insan kapitalının inkişafı üçün məşğulluq proqramının həyata keçirilməsində Azərbaycana dəstək verir

Bakı. Trend:

Dünya Bankı Azərbaycanın Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyini insan kapitalının yaxşılaşdırılması məqsədilə məşğulluqproqramının həyata keçirilməsində dəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Dünya Bankının Azərbaycan üzrə təyin olunmuş ölkə meneceriStefani Stolmeyster Bakı İqlim dəyişmələri ilə mübarizə üzrəFəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransdabildirib.

"Dünya Bankı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiniməşğulluq proqramının icrasında dəstəkləyir. Bu proqramçərçivəsində hökumət işçilərin yenidən ixtisaslaşmasına,bacarıqlarının artırılmasına və yeni, o cümlədən, "yaşıl" işyerlərinin yaradılmasına yönəlib.

Ümid edirik ki, bu proqram Azərbaycanın insan kapitalınıninkişafına və yaşıl iqtisadiyyata keçidlə təklif olunan bütünimkanlardan faydalanmasına kömək edəcək", - o bildirib.

Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlimgündəliyinin əsasını qoyacaq.

İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət,maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyətvə KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir arayatoplayacaq.

Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər vəurbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kəndtəsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşılbacarıqlar" olacaq.

Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlətqurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlimhəllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm,təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

Məqalədə:
Избранный
40
az.trend.az

1Источники