Lavrov Polad Bülbüloğluna Putinin verdiyi ordeni təqdim etdi – Fotolar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 18 il Azərbaycanın Moskvadakı səfiri vəzifəsini icra etmiş Polad Bülbüloğlunun missiyasının başa çatması münasibətilə nahar verib. Yeniavaz.comTASS-a istinadla xəbər verir ki, nahar başlamazdan əvvəl Rusiya XİN rəhbəri Azərbaycan Respublikası Milli Məclisinin üzvünə “Aleksandr Nevski” ordenini təqdim edib. Mərasimdə Rusiya diplomatik departamentinin rəhbərliyi, bir sıra ölkələrin səfirləri, Federasiya Şurasının senatorları, Dövlət Dumasının deputatları, eləcə də digər yüksək vəzifəli məmurlar iştirak ediblər. Qeyd edək ki, “Aleksandr Nevski” ordeni Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə Polad Bülbüloğluna Rusiya-Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsindəki xidmətlərinə görə verilib. Xatırladaq ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 2024-ci ilin sentyabr 1-dən isə Azərbaycanın Qarabağ bölgəsindən Milli Məclisə millət vəkili seçilib.