RU

"İnstapower" işində YENİ DETALLAR – “76 milyon manat Honkonqa KÖÇÜRÜLÜB”

Bakıda vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Instapower”in Azərbaycan üzrə nümayəndəsi Orxan Rasim oğlu Babazadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Orxan Babazadənin cinayət işində olan bəzi zərərçəkmiş şəxslərin ibtidai istintaqda verdikləri ifadələr elan olunub. Məlum olub ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da, heç bir məbləğ geri qayıtmayıb. Hakim Azad Məcidov Orxanın həyat yoldaşı Leyla Babazadənin məhkəmə prosesində iştirakını zəruri bilib və növbəti prosesdə iştirakı ilə bağlı qərar qəbul edilib: "Bütün zərərçəkənlər ifadələrində Leyla Babazadənin adını çəkirlər. Onun iştirakı vacibdir. Orxanın və onun həyat yoldaşının açdığı M10 nömrələrindən 76 milyon manat Honkonq şəhərində olan şəxsin adına pul köçürülüb".Sonra vəkil Mirdamət Qədirli bir neçə əlavə şahidin- qayınatası Kamran Məmmədov, atası Rasim Babazadə və həyat yoldaşı Leyla Babazadənin məhkəməyə çağırılması barədə vəsatət verib. Həmçinin Cavid Qasımov adlı şəxsin hesabına 100 min manat köçürülə-köcürülə nəyə görə qıraqda qaldığını söyləyib:"Onun da məhkəmədə əlavə şahid qismində çağırılmasını sizdən xahiş edirik". Həmçinin Orxan Babazadənin həyat yoldaşı tərəfindən vəkil Aytac Cəfərovaya 46 min pulun verilməsi ilə bağlı məsələ də iclasda müzakirə olunub. Məlum olub ki, həmin nüansla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılıb, cinayət işinin başlanması rədd edilib. Belə ki, Aytac Cəfərova Leyla Babazadədən həmin məbləği sayt açmaq adı ilə alıb. Bir neçə zərərçəkmişin nümayəndəsi M10 hesabından pullar köçürülən şəxslərin məhkəmədə əlavə şahid qismində çağırılmasını zəruri bilib, Orxanın qohumlarının isə məhkəməyə çağırılmasını hakimin mülahizəsinə buraxıb. Hakim vəkil Mirdamət Qədirlinin vəsatətini təmin edərək mobil operatorlara adıçəkilən nömrələrin kimə məxsus olması ilə bağlı sorğunun verilməsi barədə qərar qəbul olunub. Xatırladaq ki, həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Məhkəmə prosesi oktyabr ayının 16-na kimi təxirə salınıb. Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan isə 256 min manatdan artıqdır.Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Избранный
67
50
dia-az.info

10Источники