Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda dünən səfərdə "Bayer Leverkuzen"ə 0:1 hesabı ilə uduzan "Milan"ın baş məşqçisi Paulu Fonseka oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Bu qarşılaşma komandaya gələndən bəri ən xoşuma gələn oyun oldu. İkinci hissədə fantastik çıxış sərgilədik. Yetərincə qol imkanı yaratsaq da, reallaşdıra bilmədik. Üzgünük, məyusuq, amma oyunumuzdan razıyam".
Xatırladaq ki, "Milan" ÇL-in Liqa mərhələsinin 1-ci turunda öz meydanında "Liverpula" 1:3 hesabı ilə uduzub.
Nihat