RU

Deputat: “Qarabağ Universiteti ilə bağlı videoları məqsədli şəkildə paylaşıb, Universitetin fəaliyyətinə ləkə salmağa çalışırlar”

“Qarabağ Universiteti ilə bağlı paylaşımlarda hər kəs diqqətli olmalıdır. Qarabağ bizim üçün müqəddəs bir məfhumdur. Qarabağ Universitetinin yaradılması da Azərbaycan təhsil tarixində ən önəmli addımdır. Qeyri-dərs vaxtlarında tələbələrin mahnı oxumaları normaldır. Dərs vaxtı bunun edilməsini, tədris prosesinə xələl gətirməsini isə normal saymıram. Çalışmalıyıq ki, dərsin ciddiliyi qorunsun. Tələbələrin meyxana oxumaları hamımızı narahat etməlidir. Gənclərin meyxanaya həddindən artıq meyil göstərmələri məni narahat edir. Hansısa xalq mahnısını oxusalar, buna normal yanaşaram...” 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib. 

 

“Artıq bir neçə universitetimizdə tələbələrin meyxana oxumaları, xalq mahnılarını deyil, küçə mahnılarına meyl etmələri məni narahat edir. Düşünməliyik ki, niyə gənclərimizin zövqü bu qədər korlanıb, bayağı musiqilərə niyə bu qədər meyillidirlər? Meyxana bir janr kimi qəbul edilir, amma kütləvi şəkildə olması bizi düşündürməlidir. İstisna etmirəm ki, Qarabağ Universiteti ilə bağlı videoları məqsədli şəkildə paylaşıb, Universitetin fəaliyyətinə ləkə salmağa çalışırlar. Burada xarici təsirlərin də rolu ola bilər. Universitetlərimiz də, tələbələrimiz də bu kimi məsələlərdə çox diqqətli olmalıdırlar. Möhtəşəm universitet qurmuşuq. Cənab Prezidentimizin rəhbərliyi ilə Qarabağ Universitetinin açılışı baş tutdu. Bu gün yaxşı universitet kimi fəaliyyət göstərir. İmicinin, nüfuzunun zədələnməsinə, bu ali təhsil ocağına hörmətsiz münasibətin bəslənməsinə imkan verməməliyik”, - deputat bildirib. 

 

Aytəkin Qardaşova 

Tarix: 2 Oktyabr 2024, 13:15   
Избранный
34
pravda.az

1Источники