RU

Flora Kərimova Afətin üzrünü qəbul etmədi: - "Onu başa salın..."

Xalq artisti Flora Kərimova "Rəngarəng" verilişində qalmaqal yaşadığı müğənni Afət Fərmanqızının üzrünü qəbul etməyib.Teleqraf.com xəbər verir ki, Afət Fərmanqızı xalq artistindən canlı efir zamanı üzr istəyib: "Flora Kərimova böyük sənətkarımızdır. Şad günümdə, oğlumun toy mərasiminə dəvət etmək, əlindən öpüb, üzr istəmək istəyirəm".Xalq artisti Flora Kərimova isə telefon vasitəsilə canlı efirə qoşulub: "Mən ölənə qədər Afət Fərmanqızının üzr istəməsini qəbul etməyəcəm. O mənim ünvanıma elə nalayiq sözlər deyib ki, hansı birini keçim?! Onu məhkəməyə vermişdim. Danışanda düşünməli, kimə sataşdığını bilməli idi. Öncə insanlar arasında nüfuz qazanmalı, sonra haqqımda danışmalı idi. Onu başa salın. O, ağzını Allah yoluna qoysa, başı çox bəlalar çəkəcək. Bir addım belə geri dönməyəcəm...Dediyi sözlərdən ləzzət alırdı. O zaman mən cavab vermirdim. Sadəcə demişdim ki, Nəsiminin qəzəlini belə oxumaq olmaz. Mənim ixtiyarım var, incəsənətin nümayəndəsiyəm. Xalq artistiyəm, fəxri adıma hörmət etməli idi".

Избранный
63
34
dia-az.info

10Источники