RU

Elçin Xalidbəyli: Əsas prioritet hədəflər geoiqtisadi və geostrateji xarakterli layihələrin reallaşdırılması ola bilər - ÖZƏL

"Son illərdə baş verən hadisələr, cərəyan edən proseslər onu göstərir ki, Azərbaycan dövləti və Prezident İlham Əliyevin seçdiyi hədəflər tam dəqiq xarakter daşıyır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:

"Çünki müşahidələr göstərir ki, Azərbaycan dövləti indiyə qədər yalnız tam nəticə verəcək hədəfləri müəyyənləşdirir və həmin hədəfləri də bir-bir ardıcıl şəkildə reallaşdırır. Bu da Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin siyasətinin tamamilə doğru və düzgün istiqamət daşıdığını göstərir. Azərbaycan dövləti həm xarici siyasətdə, həm də Cənubi Qafqazdakı proseslərlə bağlı qarşıya qoyduğu bütün hədəflərə indiyə qədər nail olub. Bundan sonrakı hədəflərə gəldikdə isə, böyük ehtimalla Azərbaycan artıq inkişaf perspektivlərinin reallaşdırılması istiqamətində növbəti mərhələyə qədəm qoymaq hədəfini qarşısına qoymuş kimi görünür. Çünki  Azərbaycan öz ərazi bütövlüyünü, nəhayət ki, bərpa edib və bunu bütün dünyaya qəbul etdirib. İndi Azərbaycan Cənubi Qafqazın əsas siyasi iradə mərkəzi olaraq geoiqtisadi, geostrateji hədəflərinin reallaşdırılmasına üstünlük verəcək. Çünki Cənubi Qafqazdakı bütün hərbi siyasi proseslərlə yanaşı, geostrateji və geoiqtisadi proseslərdə məhz rəsmi Bakının mövqeyinə, rəsmi Bakının hədəflərinə və Azərbaycanın maraqlarına bağlıdır. Azərbaycanın maraqlarından kənarda Cənubi Qafqazda hər hansı bir planın qurulması və ya onun reallaşdırılması mümkün görünmür. Ona görə də indi Azərbaycan üçün çox ciddi inkişaf və yeni perspektivlər açılmış kimi görünür. Bu da Orta Asiyanın Avropa ilə iqtisadi-ticari əlaqələrinin qurulmasında Azərbaycanın oynadığı xüsusi vazkeçilməz, əvəzolunmaz rolu ifadə edir. Bu baxımdan Azərbaycan həm iqtisadiyyatını inkişaf etdirmək imkanı qazanıb, həm də iki qitə arasında tranzit ölkə kimi strateji əhəmiyyət daşımağa başlayıb. Bu da Azərbaycana əlavə maliyyə, iqtisadi gəlirlər qaynağı olaraq geriyə dönmüş olur və Azərbaycana böyük faydalar vəd edir. Azərbaycanın bundan sonrakı əsas prioritet hədəfləri heç şübhəsiz ki, geoiqtisadi və geostrateji xarakterli layihələrin reallaşdırılması ola bilər. Bu da Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı kimi ön plana keçə bilər".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
30
olaylar.az

1Источники