İsrail ordusu qurudan hücumda iştirak etmək üçün indi başqa bir diviziya təyin edib.
Redaktor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada 36-cı diviziyanın Livana quru hücumlarına qatılacağı bildirilib. Bu diviziya təxminən 10 min nəfərdən ibarətdir.
Xatırladaq ki, İsrail ordusu sentyabrın 23-də Livana zərbələr endirməyə başlayıb.
Türkan İSGƏNDƏRLİ