RU

"Qarabağ"ın braziliyalı futbolçusu 3 oyunda iştirak edə bilməyəcək

"Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva 3 oyunda meydana çıxa bilməyəcək.

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında bildirib.

Qurbanov futbolçunun zədədən əziyyət çəkdiyini söyləyib:

"Mateus Silvanın zədəsi var. Yəqin ki, 3 oyunda meydana çıxmayacaq. Yankoviçin durumu isə hələlik tam bilinmir. İnanırıq ki, yaxın vaxtda onun xidmətindən yararlana biləcəyik".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Избранный
4
6
cbcsport.az

7Источники