"Sionistlərin "Dəmir günbəz"i şüşədən də kövrəkdir.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bunu hökumətin iclasında İran prezidenti Məsud Pezeşkian bildirib.
O, İranın "Sadiq vəd 2" adlanan İsrailə hücumu ilə bağlı deyib: socar vakansiya
"Sübut etdik ki, millətimizin şərəf və qüruru ilə bağlı heç kimlə zarafat etmirik və əgər sionist rejim (İsrail - red.) səhv etmək istəsə, ona daha sarsıdıcı şəkildə cəza veriləcək. Sübut etdik ki, "Dəmir günbəz"i şüşədən də kövrəkdir".
Pezeşkian əməliyyatı yüksək qiymətləndirib: "Biz müharibə həvəsində deyilik, lakin müharibədən qorxmuruq. Xalqımızın və ölkənin təhlükəsizliyini, nüfuzunu və ləyaqətini qorumaq üçün heç bir sərhəd tanımırıq".
Telegram kanalımız