“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, komanda Kaelen Melounla anlaşıb. Onunla 1 illik müqavilə imzalayıb.

Amerikalı basketbolçu buna qədər ölkəsinin “Uçita Steyt Şokers”, “Oral Roberts Universiti” və Kiprin “APOP Pafu” klublarında çıxış edib. O, ötən mövsüm Sloveniyanın “Terme Olimiya” komandasının şərəfini qoruyub.

Qeyd edək ki, buna qədər “Sumqayıt” daha 3 amerikalı basketbolçunu Derrik Nyuton, Calen Houkins və Ceylon Klarkı heyətinə cəlb edib.