RU

İqlim dəyişmələri kontekstində dünyada insan hüquqlarının müdafiəsi Azərbaycan üçün prioritetdir

Bakı. Trend:

Müasir dünyada ən aktual qlobal çağırışlardan biri olan iqlimdəyişikliyi təkcə ekoloji problemlərə səbəb olmur, həm də insanhüquqlarına ciddi təhlükə yaradır. Yer kürəsinin iqlimi dəyişdikcə,təsirlər müxtəlif regionlar arasında qeyri-mütənasib şəkildə hissedilir, həyat, sağlamlıq, qida, su, mənzil təminatı və digər birsıra fundamental insan hüquqlarını pozur. Bu mənada iqlimdəyişikliyinin fəsadlarının qaşısının alınması, aradan qaldırlmasıinsan hüquqlarının təminatı baxımından da müstəsna önəm kəsbedir.

Günümüzdə iqlimlə bağlı baş verənlər hətta yaşamaq hüququnu damüxtəlif yollarla təhdid edir. Qlobal temperaturun, ekstremal havahadisələrinin tezliyinin artması və dəniz səviyyəsinin qalxmasıqasırğa, daşqın və meşə yanğınları kimi daha çox təbii fəlakətlərəsəbəb olur. Bu hadisələr demək olar ki, indi hər il milyonlarlainsana təsir edən həyat itkisinə və miqrasiyaya səbəb olur. Bəziada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi səbəbindənekzistensial təhlükələrlə üzləşirlər. Onların bir çox vətəndaşlarıartıq “iqlim miqrasiyası”nı yaşamalı olub. Təəssüf ki, qaçqınlarlabağlı mövcud beynəlxalq qanunlar “iqlim miqrasiyası”nı yaşayanlarıəhatə etmir. Bu da milyonlarla insanı lazımi hüquqi müdafiədənməhrum edir.

Qeyd edilənlərlə yanaşı, iqlim dəyişikliyi insanların, xüsusiləuşaqlar, qocalar və yoxsulluq şəraitində yaşayanlar kimi ən həssasəhali qruplarının sağlamlıq hüququnu təhdid edir. Eyni zamandaiqlim dəyişikliyi həm də insanların yaşaması üçün iki əsas ehtiyacolan qida və su hüququna birbaşa təhlükə yaradır. Qlobal temperaturyüksəldikcə kənd təsərrüfatı məhsuldarlığı azalır. Uzun sürənquraqlıqlar, daşqınlar və dəyişkən xaraker alan yağıntılar dünyanınmüxtəlif yerlərində məhsul çatışmazlığına səbəb olmaqdadır. Hazırdadünyada bir çox regionlar uzun sürən quraqlıq və buzlaqlarınazalması səbəbindən şirin su ehtiyatlarının azalması iləüzləşir.

Bununla yanaşı, iqlim dəyişikliyi nəticəsində mənzil hüququmüxtəlif formada pozulur. Təbii fəlakətlər və ekstremal havahadisələri evləri dağıdır və böyük köçlərə gətirib çıxarır. İqlimləbağlı hadisələr səbəbindən evlərini və dolanışıq vasitələriniitirən insanlar köç etdikləri yeni yerlərdə bəzən ayrı-seçkiliklə,yoxsulluqla, mənzil təminatı problemləri ilə üzləşirlər. Bütün qeydolunanlar kontekstində iqlim dəyişikliyinə insan hüquqlarıobyektivi ilə yanaşmaq zəruridir. BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan bu məqama daxüsusi diqqət edərək, onu beynəlxalq səviyyədə gündəmə gətirir.“İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsanHüquqları İnstitutlarının rolu” mövzusunda OmbudsmanlarınBeynəlxalq Bakı Forumu da buna xidmət edən daha bir mühümhadisədir.

Forum burada aparılan müzakirələr bütün bəşəriyyət üçün xüsusiaktuallıq kəsb edir. Prezident İlham Əliyev Beynəlxalq BakıForumunun iştirakçılarına müraciətində qeyd edir ki, iqlimdəyişmələri yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadəinsanların gündəlik həyatlarına və yaşam tərzlərinə də birbaşa vəya dolayı yolla təsir göstərir, əsas insan hüquqlarının müdafiəsivə təminatı baxımından bir sıra ciddi çətinliklər yaradır. Dövlətbaşçısı vurğulayır ki, Forum iqlim dəyişmələrinin yaratdığıproblemlər və onların həlli yollarının insan hüquqlarıperspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübəmübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir.

Bu və digər tədbirlərin təşkilində Azərbaycanın əsas məqsədiiqlim dəyişmələri kontekstində insan hüquqlarının müdafiəsisahəsində yeni təşəbbüslərin və yanaşmaların irəli sürülməsinə, buhüquqların təminatına ciddi maneə yaradan hallarla mübarizəistiqamətində ümumi səylərin birləşdirilməsinə nail olmaqdır. Bukimi məsələlərin COP29 zamanı da əsas diqqət mərkəzində yer alacağıgözlənilir.

Azərbaycan iqlim ədaləti konsepsiyasının tətbiqində maraqlıölkədir. Çünki bu, iqlim dəyişikliyi nəticəsində hüquqları pozulanşəxslərin hüquqlarının bərpa olunmasına və digər pozuntularınaradan qaldırlmasına xidmət edir. Eyni zamanda Azərbaycanınyanaşması iqlim siyasətinin əhatəli olmasını təmin etməyə və bütüninsanların, xüsusən də həssas qrupların hüquqlarını qorumağa, bununüçün müvafiq fəaliyyət göstərilməsinə hesablanıb.

MTM Analitik Qrup

Избранный
23
4
az.trend.az

5Источники