RU

İsrail vətəndaşlarına xəbərdarlıq etdi: "Raketlərin düşdüyü yerləri açıqlamayın”

İranın hücumundan sonra İsrail öz vətəndaşlarını raketlərin düşdüyü yerlərin fotolarını paylaşmamağa çağırıb.
 
7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun "X" hesabında məlumat paylaşılıb.
 
Açıqlamada raketlərin düşdüyü yerlərin aşkarlanması və onların sənədləşdirilməsinin (foto və video ilə) təhlükəsizlik açığı yaradacağına dair xəbərdarlıq edilib.

İsrail mətbuatı sərt hərbi nəzarət və mətbuata tətbiq edilən senzura səbəbilə raketlərin düşdüyü yerlərlə bağlı heç nə paylaşmasa da, İsrail vətəndaşları raketlərin düşdüyü yerlərin foto və görüntülərini, İsrail əsgərlərinin gizləndiyi görüntüləri geniş şəkildə paylaşıblar. 
 
Bəyanatda "düşmənə kömək etdiniz, məsuliyyət bizim əlimizdədir, raketlərin düşdüyü yerləri açıqlamayaq” deyilir.

Qeyd edək ki, ötən gün İran İsrailin milli təhlükəsizliyini hədəf alan hücumlarına cavab olaraq İsrailə raket hücumu təşkil etdiyini açıqlayıb.

Bildirilib ki, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən həyata keçirilən hücum İsrailin HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və iranlı general Abbas Nilfuraşanın öldürüldüyü hücumlara cavab olaraq həyata keçirilib.

İran hücumda İsrailə yüzlərlə raket atıldığını və ilk dəfə hipersəsli Fettah-1 raketlərindən istifadə edildiyini açıqlayıb.

İsrailin bu hücuma hərbi cavab verəcəyi təqdirdə "dağıdıcı cavab" alacağı xəbərdarlığı edilib.

 
 

Избранный
6
24
7news.az

10Источники