Qətər Hava Yolları Ermənistana bütün uçuşları ləğv edib.BUTA.TV xəbər verir ki, bu barədə Qətər Hava Yolları məlumat yayıb. “Regional gərginlik fonunda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə şirkət aşağıdakı istiqamətlərə - Ermənistan, İordaniya, İran, İraq, Livan və Qazaxıstana bütün reyslərini qeyri-müəyyən müddətə təxirə salıb”, - məlumatda deyilib.