RU

Əli Nağıyevdən “böyük ifşa”: Məzarlıq qatilləri!

“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general Əli Nağıyev erməni cinayətləri ilə bağlı yeni faktlar açıqlayıb.

 

Xidmət rəisi qeyd edib ki, erməni faşistləri lokal  antiterror əməliyyatından öncə Qarabağda yerləşən, yeri Azərbaycana və BQXK-yə bəlli olan kütləvi məzarlıqları məhv edib. Məqsəd bu məzarlıqların yerini itirmək, qətlə yetirilən azərbaycanlıların qalıqlarının ölkəmizin əlinə düşməsinə imkan verməməkdir.

 

Dövlət Komissiyasının sədrinin beynəlxalq tribunadan səsləndirdiyi bu fakt Ermənistanın insanlıq əleyhinə cinayətlərinin sərhəd tanımadığını göstərir. Bu fakt Ermənistanın sadəcə insan deyil, həm də məzar qatili olduğuna dəlalət edir. Xidmət rəisinin açıqladığı fakt sübut edir ki, Ermənistan çağdaş dünyamızda qətlə yetirdiyi insanların məzarından belə qisas alacaq qədər alçalan, diri ilə ölü arasında heç bir sərhəd qoymayan yeganə dövlətdir.

 

Rəsmi İrəvan bu məzarlıqları yox etməklə sadəcə Azərbaycandan, qətlə yetirdiyi şəxslərdən və onların doğmalarından qisas almır. Həm də öz qorxunc cinayətlərinin izini itirməyə, məsuliyyətdən yayınmağa can atır. Ancaq Ermənistan bilməlidir ki, gec-tez Azərbaycan xalqına qarşı yol verdiyi bütün cinayətlər kimi bu vəhşiliyə görə də cavab verməli olacaq. Və o zaman Ermənistanın yox etməyə çalışdığı hər bir məzarlıq onun qarşısında Misir piramidasından nəhəng maneə kimi ucalacaq, onun üçün dar ağacına çevriləcək.

 

Seymur ƏLİYEV

 

Избранный
28
moderator.az

1Источники