RU

“Helen” son 55 ildə ABŞ-ı vuran ikinci ən ölümcül qasırğa olub

Bakı. Trend:

“Helen” yarım əsrdən çox müddətdə ABŞ-da ikinci ən ölümcülqasırğa olub. Qasırğa qurbanlarının sayı 160 nəfəri ötüb, yüzlərləinsan itkin düşmüş sayılır.

Trend xarici KİV-ə istinadənxəbər verir ki, “Helen” son 55 ildə Birləşmiş Ştatları vuran ikinciən ölümcül qasırğadır və yalnız 2005-ci ildəki “Katrina”dan geriqalır.

Qeyd olunur ki, qasırğanın təsirinə məruz qalmış bir çoxərazilərdə elektrik enerjisi təchizatı dayanıb, rabitə kəsilib.Şimali Karolina ştatında yanacaqdoldurma məntəqələrində uzunnövbələr yaranıb.

Qasırğadan zərər çəkmiş bölgələrə Milli Qvardiyanın minlərləəsgəri, yüzlərlə taktiki nəqliyyat vasitəsi və onlarla helikoptergöndərilib. Ağ evdən bildiriblər ki, Prezident Cozef Bayden ŞimaliKarolinaya çərşənbə günü səfər etməyi, daha sonra Corciya vəFloridaya getməyi planlaşdırır.

ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri LizŞervud-Randall təbii fəlakət nəticəsində həlak olanların sayınınarta biləcəyini deyib. Onun sözlərinə görə, fəlakət bölgələrindəyaşayan 600 nəfərlə hələ də əlaqə saxlamaq mümkün olmayıb.

Избранный
13
1
az.trend.az

4Источники