RU

"Crocus" terrorçuları bir-birinə qarşı ifadə verməyə başlayıblar

Moskva vilayətində "Crocus City Hall" konsert zalında terror aktı ilə bağlı işin təqsirləndirilən şəxsləri bir-birilərinin əleyhinə ifadə verirlər.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilib ki, nəticədə onların hamısının həbs müddəti növbəti dəfə uzadılıb.

"İstintaqın təqsirləndirilən şəxslərin hər birinin azadlıqda olarkən, ittihamın ağırlığını nəzərə alaraq, cinayət yoldaşları ilə hərəkətlərini əlaqələndirə biləcəyini, şahidlərə və onların əleyhinə ifşaedici ifadələr vermiş digər cinayət iştirakçılarına təzyiq göstərə biləcəyini düşünmək üçün kifayət qədər əsası var", - deyə sənəddə vurğulanır.

O da öyrənilib ki, istintaq müddəti dekabrın 22-dək uzadılıb.

Избранный
13
1
olke.az

2Источники