RU

Ermənistanda yenə ara qarışdı: Qalstanyan ictimai televiziyanı tutmağa çalışır – VİDEO

“Müqəddəs Mübarizə” hərəkatı küçədə bir nəfər qalana qədər davam edəcək”.

Turkustan.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.

O bildirib ki, başlanılan işi axıra qədər davam etdirəcək.

“Mən fiziki olaraq küçədəyəm. Amma amma onlar (hakimiyyət -red)küçədə doğulublar və ruhən orada qalıblar2, – Qalstanyan bildirib.

Bu arada yenidən etirazlara başlayan Qalstanyan və tərəfdarlar Ermənistanın İctimai Televiziyasına tərəf üz tutmağa başlayıblar. Hərəkat üzvləri onlara efir vaxtının verilməsini tələb edirlər.

“Bu, bizim ilk tələbimizdir. Bundan sonra hansı addımları atacağımıza qərar verəcəyik. Bizi qarşıda çətin hadisələr gözləyir. Ölkədə hakimiyyət dəyişikliyi əsas məqsəd deyil. Əsas odur ki, təkcə emosiyalara deyil, həm də ağıla əsaslanan milli birlik yaradaq”, – deyə Qalstanyan vurğulayıb.

/globalinfo.az/

Избранный
34
turkustan.az

1Источники