RU

Mahamadu Ba "Kəpəz"də

"Kəpəz" heyətini daha bir legionerlə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, malili yarımmüdafiəçi Mahamadu Ba Gəncə klubunun şərəfini qoruyacaq.

25 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb. Mahamadu Ba karyerası ərzində Türkiyə klublarında forma geyib. O, "Ərzurumspor", "Adana Dəmirspor", "İstanbulspor" və "Tuzlaspor" kimi komandalarda oynayıb.

Qeyd edək ki, Ba "Ərzurumspor" və "İstanbulspor"un heyətində Türkiyə superliqasında çıxış edib.

Избранный
21
3
football-plus.az

10Источники