RU

Mənzildə bakteriyaların ən çox olduğu yerlər - Mütəxəssisdən AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakteriyalarla ən çox çirklənmiş məişət əşyaları mətbəxdə olur.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiyada "Bud Zdorov" klinikasının dermatoveneroloqu Olesya Dubenko açıqlama verib.
Onun sözlərinə görə, ən çirkli əşyalar arasında mətbəx süngərləri və əskiləri, mətbəx çanağı, heyvanlar üçün yemək qabları, soba, şkaf tutacaqları, su filtrləri və qəhvə maşınları var.
"Süngər və ya əski daim rütubətli şəraitdə saxlanılır, mətbəxdəki qablardan və əşyalardan tutmuş, sobaya və masalara qədər bütün səthləri yumaq üçün onlardan istifadə edilir. Öz məsamələrinə görə süngər xüsusilə özünə çoxlu kir, həmçinin bakteriya toplayır. Əsas qayda süngərləri mütəmadi olaraq dəyişməkdir", - deyə həkim bildirib.
Mətbəx çanağı və ev heyvanları üçün qablar, əgər müntəzəm olaraq xüsusi dezinfeksiyaedici maddələrlə təmizlənməzsə, həmçinin bakteriyaların yuvasına çevrilə bilər.
"Qapı tutacaqları, şkaflar, sobalar, eləcə də keçiricilər və kranlar daim əllərimizlə təmasda olduğundan orada aktiv şəkildə bakteriyalar yığılır. Təmizlik zamanı bu yerləri unutmamaq və xüsusi dezinfeksiyaedici vasitələrdən istifadə etmək lazımdır. Su filtrləri və qəhvə maşınları da bakteriyaların yaşaması üçün münasib yerdir. Soyuducunun daxili hissəsini də unutmayın, çünki orada bir çox məhsullar, o cümlədən xam məhsullar saxlanılır ki, onların suyu süzülə və səthi çirkləndirə bilər və bu da bakteriyalar üçün əla sığınacaq ola bilər", - deyə Olesya Dubenko qeyd edib.
Mütəxəssisin sözlərinə görə, bakteriyaların çoxalması üçün başqa bir sevimli yer kəsici lövhələrdir. Ət, balıq, tərəvəz və meyvə şirələri bıçaqla açılan çatlara asanlıqla daxil olduğu üçün bu lövhələrin üzərində patogen bakteriyalar toplanır. Bunun qarşısını almaq üçün hər yemək növü üçün fərqli lövhələrə sahib olmaq və onları mütəmadi olaraq dəyişdirmək lazımdır.
Избранный
27
50
oxu.az

10Источники