Voronej şəhərinin Kominternovski rayonunda naməlum şəxslər Vladimir Jirinovskinin Xatirə Xiyabanını dağıdıblar.
Bununla bağlı Rusiya Liberal Demokratlar Partiyasının regional şöbəsinin fəalları polisə şikayət ediblər.
Bu barədə TASS-a partiyanın Voronej regional bölməsinin ideoloji iş üzrə koordinator müavini Daniil Ryazantsev məlumat verib.
"Xiyaban partiyanın Voronej regional bölməsi tərəfindən 24 noyabr 2022-ci ildə Kominternovski rayonunda, Moskva meydanında təşkil edilib. Bu yaxınlarda naməlum şəxslər bir neçə ağacı və lövhəni sındırıblar. Biz Daxili İşlər Nazirliyinin onlayn qəbulu vasitəsilə vandalizmlə bağlı şikayət vermişik”, - Ryazantsev bildirib.
Cavid