Argentina millisinin üzvü Lionel Messinin də çıxış etdiyi "İnter Mayami" ABŞ-nin MSL liqasının qalibi olub.
"Operativ Media" xəbər verir ki, "İnter Mayami" səfərdə "Kolumbus Kryu" komandası ilə qarşılaşıb.
Lionel Messinin dubl etdiyi oyunda "İnter Mayami" 3-2 hesabı ilə qalib gəlib.
Xallarının sayını 68-ə çatdıran "İnter Mayami" çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, Lionel Messinin qazandığı 46-cı tituldur.