Ənsar Allah hərəkatının Yəmən husilərinin pilotsuz uçan aparatları Təl-Əvivə hücum edib.
Bu açıqlama ilə hərəkatın hərbi nümayəndəsi Yəhya Səria çıxış edib. Onun sözləri Husilərə məxsus Al Masirah telekanalında yayımlanıb.
Yəmən Hərbi Hava Qüvvələri işğal olunmuş Fələstin ərazisində Təl-Əvivdə həyati əhəmiyyət kəsb edən obyektə Yaffa pilotsuz təyyarələri ilə hücum edərək əməliyyat həyata keçirib.
Çərşənbə günü, oktyabrın 2- də husilərin İsraildə yerləşən hərbi hədəflərə raket hücumu təşkil etdiyi bildirilib.
Mənbə TASS