RU

3 oktyabrda Azərbaycanın bu tarixi şəxsiyyətləri xatırlanır

Oktyabr ayının 3-ü bir çox tarixi şəxsiyyətlərimizin doğum və anım günləri ilə yadda qalıb.Missiya.Az onları təqdim edir:

Görkəmli Azərbaycan yazıçısı Süleyman Sani Axundov 1875-ci ilin bu günü dünyaya gəlib. Süleyman Sani Qori seminariyasını bitirdikdən sonra ömrünün sonunadək pedoqoji fəaliyyət göstərib, 1922-ci ildə isə Azərbaycan Ədib və Şairlər İttifaqının ilk sədri seçilib (1875-1939). "Qonaqlıq" (1905), "Kövkəbi-hürriyyət" (1905), "Yuxu" (1905) yazıçının ilk hekayələridir.  Habelə  "Qan bulağı" (1923), "Ümid çırağı" (1923), "Cəhalət qurbanı (1923) və s. kimi xeyli sayda əsərləri var. O, 29 mart 1939-cu ildə, 63 yaşında vəfat edib.

3 oktyabr (1996) XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı və dramaturq İlyas Əfəndiyevin isə xatirə günüdür. İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 26-da Füzulidə doğulub. Onun mənəvi-əxlaqi problemlərdən söhbət açan “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Büllur sarayda” və başqa pyesləri Azərbaycan teatrlarının repertuarında mühüm yer tutur.

1887-ci ilin bu günü Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə anadan olub. "Arşın mal alan" filmində Soltan bəy obrazı ilə tanınıb. Adı çəkilən rolu teatrda 600 dəfə ifa edib.

“Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə də çəkilib. Sənətkar 4 noyabr 1967-ci ildə Bakıda vəfat edib.

3 oktyabr 1991-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyov, 3 oktyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı, mayor Əlyar Əliyev və 3 oktyabr 2020-ci ildə Vətən Müharibəsi Qəhrəmanı, mayor, Amid Heydərov şəhadətə yüksəliblər.

Allah rəhmət eləsin!

Zərintac MayisqızıMissiya.Az

Избранный
31
missiya.az

1Источники