RU

Bukayo Saka: “İngiltərə çempionluğunu qazanmaq istəyirik”

“Arsenal”ın hücumçusu Bukayo Saka 2024/2025-ci illər mövsümündə İngiltərə Premyer Liqasını qazanmaq istədiyini bildirib.

Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Bu mövsüm qələbələrə çox hərisəm. Keçmişdə Premyer Liqada mütəmadi olaraq, ikinci yeri tutmuşuq. Bu, məndə Premyer Liqanı qazanmaq istəyini daha da artırır. Mən özümə inanıram. Bu, mənim tərəqqimə kömək edir”, deyə Saka vurğulayıb.

“Arsenal”ın cinah hücumçusu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ev oyununda Fransa çempionu PSJ üzərində qazandıqları 2:0 hesablı qələbəni də şərh edib:

“Heç kim üçün sirr deyil ki, məşqlərdə cərimə zərbələri üzərində məşq edirik. Mənim və komanda yoldaşlarımın oyunlarda standart vəziyyətləri qola çevirməyimiz heç də təəccüblü deyil”, deyə Saka “Arsenal”ın qələbəsində açar amil olan məqamı qabardıb.

Xatırladaq ki, Bukayo Saka “Arsenal”ın öz yetirməsidir. O, indiyə qədər yalnız “topçular”ın uğurları üçün çalışıb.

2024/2025 mövsümündə Saka “topçular”ın heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

23 yaşlı vinger “Arsenal”ın əsas komandasının heyətində bütövlükdə 235 oyuna çıxıb. O, bu görüşlərdə 60 qola imza atıb, 58 məhsuldar ötürmə müəllifi olub.

Sakanın “Arsenal”la mövcud müqaviləsi 2027-ci ilin iyuna ayının sonuna qədər qüvvədədir.

Saka 2020-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 42 oyuna çıxıb, 12 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Bukayo Sakanı 140 milyon avro məbləğində qiymətləndirir.

Избранный
34
arena.az

1Источники