RU

“Atletiko” cəzanı yüngülləşdirməyə çalışır

“Atletiko” azarkeşlərinin “Real”ın qapıçısı Tibo Kurtuaya qarşı etdikləri hərəkətlərinin cəzasını yüngülləşdirmək istəyir.

İspaniya mənbələrinin yaydığı xəbərə görə, Madrid klubunun İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsi üçün verdiyi izahatda Kurtuanın rəqib azarkeşlərini təxribata çəkdiyi göstərilib. Həmin an videolara düşüb.

Xatırladaq ki, “Atletiko” – “Real” matçında (1:1) meydan sahiblərinin azarkeşləri rəqib qapıçı Kurtuanın üstünə zibil atıblar. Bu səbəbdən futbolçular meydandan çıxarılıb və derbi oyunu bir neçə dəqiqəlik dayandırılıb.

Избранный
17
football-plus.az

1Источники