RU

Meksikada hərbçilər mühacirləri daşıyan "pikap"a atəş açıb: 6 nəfər ölüb

Meksikada qanunsuz mühacirləri daşıyan "pikap" yük maşını atəşə tutulub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə 6 nəfər ölüb.

Meksika Müdafiə Nazirliyi Qatemala ilə sərhəddə yerləşən Çiapas əyalətində Misir, Nepal, Kuba, Hindistan və Pakistandan olan 33 qanunsuz miqrantı daşıyan "pikap" maşınına atəş açılması faktını təsdiqləyib: "Bəli, təəssüf ki, belə hal olub və atəş açan iki əsgərə cinayət işi açılıb. Fakt araşdırılır".

Firudin Səfərli

MİA.AZ

Избранный
30
mia.az

1Источники