RU

Qazaxıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 25 faiz azaltmağı planlaşdırır - Səfir

Bakı. Trend:

Qazaxıstan 2030-cu ilə qədər istixana qazı emissiyalarını 15faiz azaltmağı hədəfləyir, ama şərti məqsəd isə beynəlxalq maliyyəinstitutlarının əhəmiyyətli dəstəyi ilə istixana qazıemissiyalarını 2030-cu ilə qədər 25 faiz azaltmaqdır.

Trend xəbər verir ki, bubarədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ADAUniversitetində keçirilən “COP29 işığında kənd təsərrüfatında və suehtiyatlarının idarə edilməsində dayanıqlılıq və innovasiyalar”adlı beynəlxalq simpoziumda deyib.

"Hazırda metan emissiyalarının azaldılması üzrə irimiqyaslılayihələrin həyata keçirilməsi yolları fəal şəkildə işlənilir. Busahədə potensialın artırılması üzrə normativ-hüquqi baza və bir çoxdigər layihələr hazırlanır", - o qeyd edib.

Səfirin sözlərinə görə, Qazaxıstan qlobal iqlim dəyişikliyikontekstində iqlim dəyişikliyi, ətraf mühit problemləri və suqıtlığı ilə bağlı bütün çətinliklərə ciddi yanaşır.

"Ölkə, beynəlxalq iqlim müqavilələri çərçivəsində götürdüyüöhdəliklərin yerinə yetirilməsi üzərində işləyir. Qəbul edilmişdayanıqlı inkişaf məqsədləri, milli gündəliyin ayrılmaz birhissəsidir və ölkə onların reallaşmasına sadiqdir", - Bayelvurğulayıb.

O bildirib ki, Qazaxıstan Respublikasının PrezidentiQasım-Jomart Tokayevin təşəbbüsü ilə ölkə Xəzər dənizindəkiərazisində tarixi boyunca ilk dəniz mühafizə zonasını yaratmaq üzrəişlərə başlayıb ki, bu da onun ekosistemini və nadir məməliheyvanların, o cümlədən, Xəzər suitisinin yaşayış mühitini qorumaqməqsədini güdür.

Qeyd edək ki, ADA Universitetində Macarıstan, İtaliya vəQazaxıstan səfirliklərinin birgə təşkilatçılığı ilə “COP29 işığındakənd təsərrüfatında və su ehtiyatlarının idarə edilməsindədayanıqlılıq və innovasiyalar” adlı beynəlxalq simpoziumkeçirilir.

Alimlərin, eləcə də, yerli və xarici ekspertlərin iştirak etdiyitədbirdə qlobal və regional perspektivlər müzakirə olunur, iqlimdəyişikliyinin təsirlərinə xüsusi diqqət yetirilir.

Избранный
42
az.trend.az

1Источники