Sentyabrın 30-da Basketbol Şöhrət Zalının üzvü Dikembe Mutombo dünyasını dəyişdi.

Offsideplus.az xəbər verir ki, Tyerri Anri MBA-nın ulduzunun vəfatı ilə bağlı "CBS Sports"a açıqlama verib:

"Bu xəbəri eşitmək mənim üçün çox çətin oldu. MBA oyunlarını işıqlandıran zaman onunla dəfələrlə yollarım kəsişmişdi. Heç vaxt belə bir insanla görüşməmişəm.

Onun ürəyi həyatın özündən böyük idi. O, dörd dəfə ən yaxşı müdafiə oyunçusu seçilib. Ancaq bunu deyəcəyəm: bir insan kimi o, oyunçudan da yaxşı idi. Söz tapmaq çətindir".