RU

Messili “İnter Mayami” çempion oldu

Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də müntəzəm mövsümün qalibi olub.

Rekord.az xəbər verir ki, bununla da argentinalı ulduz karyerasında 46-cı titula sahib çıxıb.

Mayami təmsilçisi “Kolambus Kryu”ya 3:2 hesabı ilə qalib gəlib. Bununla da Messi və komandası müntəzəm çempionatın qalibinə verilən “Supporters Shield” mükafatını təmin edib. Mövsümün sonuna iki tur qalmış “İnter Mayami” ən yaxın izləyicisini 11 xal qabaqlayır.

37 yaşlı hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb. O, bunadək “Barselona” və PSJ-də forma geyinib.

Избранный
16
rekord.az

1Источники