RU

Bu ölkələr məcburi hərbi xidmətə geri qayıdır

Qərbi Balkan ölkələrində məcburi hərbi xidmət sistemi geri qaytarılır.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələr və hərbi böhran yaşayan ölkələrin sayının artması bir çox ölkələri öz hərbi potensialları haqqında düşünməyə vadar edib. 

NATO-ya üzv olan Xorvatiya, Sloveniya, Monteneqro, Albaniya, Şimali Makedoniya, təşkilata üzv olmayan Serbiya və Kosova  ötən illərə nisbətən hərbi büdcələrini böyük məbləğdə artırıb.

Serbiya və Xorvatiyanın  müdafiə xərclərini artmaqla bərabər məcburi hərbi xidmət sisteminə qayıtması da region ölkələrinin müdafiə sahəsində yeni mərhələyə keçməsi hesab edilir.

Regionda müdafiə sahəsində geri qalan ölkə isə NATO üzvü olmayan Bosniya və Herseqovina olub.

Cəmalə
Избранный
8
azxeber.com

1Источники