RU

"İsrail neft obyektlərini vura bilər!"

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla  xəbər verir ki, dünya mətbuatında dərc edilən məlumatlarda İsrailin İranın neft obyektlərinə zərbələr endirməyə hazırlaşdığı iddia edilir. Həmçinin, Tel-Əvivin İranın raket qurğularını və yüksək vəzifəli şəxslərini də hədəfə ala biləcəyi də güman edilir.

"Financial Times" nəşrinin mənbələrə istinadla yazdığı xəbərə görə, İsrail İrana hücuma hazırlaşır. Bu zərbələr Tehranın iqtisadiyyatına mənfi təsir göstərə bilər. Müsahiblərin biri İsrailin İranın neft onyektlərinə "iqtisadi zərbələri" endirə biləcəyini söyləyib. Qəzetə məlumat verən diplomatlar Tel-Əvivin İsrail ərazisinə zərbələr endirən raket qurğularını hədəfə ala biləcəyini bildirib. Onun sözlərinə görə, Qərb İsrailə bunu tövsiyə edib. Qərb ölkələri bu zərbənin yeni qisas dalğası yaratmayacağını güman edirlər. İsrail həmçinin, İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinə hücum məsələsini nəzərdən keçirir.

Hürr Tərcüman

 

Избранный
30
hurriyyet.az

1Источники