Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025-ci illər mövsümünün 6-cı turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
6-cı tur oktyabrın 7-də start veriləcək. Turun qalan görüşləri ayın 8-də keçiriləcək.
İkinci Liqa
6-cı tur
7 oktyabr
“Lerik” – “Şahdağ Qusar”
Lənkəran OİK stadionu, 15:00.
“Şəmkir” – “Şəfa”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Saatlı-Araz” – “Qusar”
Şirvan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
“Füzuli” – “Kür-Araz”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.
8 oktyabr
“Şimal” – “Dinamo”
Siyəzən şəhər stadionu, 15:00
“Şəki Siti” – “Ağdaş”
Şəki şəhər stadionu, 15:00.
“Hypers Quba” – “Göygöl”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:30.