RU

Dünya Bankının nümayəndəsi: İqlim dəyişikliyi ilə məsələlərə ən mühafizəkar yanaşan zümrələr fermerlərdir

“Biz artıq iqlim gündəliyini müzakirə edirik. Maliyyə təsisatları burada çox mühüm rol oynayır”.

APA xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) 4-cü günündə Dünya Bankının Avropa İqlim və Davamlı maliyyə üzrə layihə rəhbəri, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Andrei Zaripov deyib.

O bildirib ki, əksər müştəriləri iqlim gündəliyi tam stimullaşdırmır: “Bu sirr deyil. Ən mühafizəkar yanaşan zümrələr fermerlərdir. Onlar üçün bir stimul olmalıdır. Onlarla elə dildə danışmalıyıq ki, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin azaldılması yollarını mənimsəsinlər. Ağıllı kənd təsərrüfatına keçidi bilsinlər. Əksər banklar öz işlərini hansı ardıcıllıqla etməli olduğunu bilir. Amma bu yol çox uzundur. Burada əsas məsələ investisiyaların cəlb edilməsidir. Sadəcə aidiyyəti üzrə maliyyələşdirən təsisatlarla iş bitmir. Onlar bunu təşviq etməlidir. Burada olduqca çoxsaylı seqmentlər var. Biz əfsuslar olsun ki, kiçik, orta biznesləri unuduruq. Məhz onlara bu məsələdə dəstək göstərilməlidir”.

Избранный
10
apa.az

1Источники