RU

Rusiyada hərbi əməliyyat zonasında 14 uşaq atası olan hərbçi həlak olub

Rusiyada hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirərkən çoxuşaqlı ata olan 44 yaşlı Tatarıstan Respublikasından olan Avraham Melex həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə yerli “Elabuga 24” telekanalı məlumat yayıb.

Həmin şəxs bu ilin iyulunda Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Həlak olan hərbçi ilə vida mərasimi oktyabrın 2-də baş tutub.

Onun 11-i azyaşlı olmaqla 14 uşağı var.

Azpost.info

Избранный
27
azpost.info

1Источники