Məktəblərin açılması ilə “OpenAI”nin hazırladığı süni intellektli söhbət robotu “ChatGPT”nin istifadəçilərinin sayı qısa müddətdə həftəlik 50 milyon artıb.

İndex.az xəbər verir ki, “OpenAI” paylaşdığı bloq yazısında hər həftə dünyada 250 milyondan çox insanın “ChatGPT”dən istifadə etdiyini açıqlayıb.

Şirkət cəmi iki ay əvvəl avqustda bu rəqəmin 200 milyon olduğunu bildirmişdi.

Bu isə şirkətin qısa müddət ərzində 25%-lik kəskin artım əldə etdiyini göstərir.