RU

UEFA Avropa Liqası: "Qarabağ" məğlub oldu

"Qarabağ" UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bakıda İsveçin "Malmö" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2.

Qarşılaşmanın 15-ci dəqiqəsində Juniniyonun qolu ilə "Qarabağ" hesabı açıb. Bundan cəmi 4 dəqiqə sonra İsveç təmsilçisinin hücumçusu Erik Botheym fərqlənərək bərabərliyi təmin edib. Görüşün 47-ci dəqiqəsində isə E.Botheym komandasının qələbə qoluna imza atıb.

Qeyd edək ki, Azərbaycan çempionu Liqa mərhələsinin III turunda Niderlandın "Ayaks" komandası ilə üz-üzə gələcək. Bu oyun oktyabrın 24-də keçiriləcək.

Избранный
14
7
demokrat.az

10Источники